"Gəncə Xalça Kombinatı" MMC barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan ( Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsi) inzibati xəta protokolu tərtib olunub.
."Palladium Defence and Security Solutions" iki maddə üzrə - MƏHKƏMƏYƏ VERİLİB
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə görə hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
İşə Gəncə Şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 13.04.2023, saat 10:05-ə təyin edilib.