"Palladium Defence and Security Solutions" iki maddə üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkətə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) və gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolları tərtib olunub.
FED.az xəbər verir ki, protokollar İnzibati Xətalar Məcəlləsinin 430.4-cü və 485.1-ci maddələri ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Həmin məcəllənin 485.1-ci maddəsinə görə isə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.İcraatda olan işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlini sədrliyi ilə baxılır.
Hər iki məhkəməyə Abşeron Rayon Məhkəməsində müvafiq olaraq hakim Sevinc Quliyevanın və Vaqif Həsənovun sədrliyi ilə baxılır.
"Palladium Defense and Security Solutions" MMC şirkəti 2014-cü ildə yaradılıb və mərkəzi ofisi Bakı şəhərində yerləşir. Şirkətin əsas fəaliyyət istiqamətləri mülki bazar və hüquq-mühafizə orqanları üçün mühafizə və təhlükəsizliyə dair tam həll yollarının təminatıdır.