"Dokta" MMC-yə ticarət qaydaları əleyhinə olan (Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 451-ci maddələri ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsinə görə nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 150 manat məbləğində cərimə edilir.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılarkən nəzarət markası olmayan malların, məmulatların və məlumat materiallarının hər birinə görə hesablanaraq tətbiq edilən inzibati cərimənin ümumi məbləği bu Məcəllənin 25.4-cü maddəsində nəzərdə tutulmuş məbləğdən artıq ola bilməz.
İş Bakı Şəhər Nərimanov Rayon məhkəməsində hakim Xalidə Əlisoyun icraatındadır.