"Dəniz Firması" MMC-yə ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə görə İstehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; görə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın icraatındadır.
Məhkəmə ilə bağlı baxış iclası 09.03.2023, saat 14:15-ə təyin edilib.