"GMC Group" MMC "Baku Bus" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "GMC Group" MMC 21.09.2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Hafiz Abdullayev Heydər oğludur. Hüquqi ünvanı Az1033, Bakı Şəhəri Nərimanov Rayonu, Əliyar Əliyev, ev 19, m. 17-də yerləşir.