“Bakı Otis LifT” QSC barəsində idarəçilik qaydaları əleyhinə olan (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) inzibati xəta protokolu tərtib edilib.
FED.az istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir
İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində baxılır. İddia Elməddin Hüseynovun sədrliyi ilə araşdırılacaq.