"Azərbaycan Koka-Kola Bottlers Limited" MMC üç şirkəti məhkəmə verib.
FED.az xəbər verir ki, hər üç iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
Məhkəməyə verilən şirkətlər "Sema-Zen" MMC, "Zakaz.Az" MMC və "Asena" MMC-dir
İşlərə Bakı Kommersiya Məhkəməsində baxılır. İddialar müvafiq olaraq hakim Zeynəb Axundovanın, İlham Əhmədovun və Nərmin Əhmədovanın icraatınadır.