"Azərbaycan Koka-Kola Bottlers Limited" MMC üç şirkəti məhkəmə verib.
FED.az xəbər verir ki, hər üç iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
Məhkəməyə verilən şirkətlər "E-S Group Transport and Tourism Company" MMC, "Qitə-2017" MMC və "Seven Days" MMC-dir
İşlərə Bakı Kommersiya Məhkəməsində baxılır. İddialar müvafiq olaraq hakim Kənan Hüseynovun və Zaur Pirverdiyevin icraatına verilib. "