“Aypara Lizinq” MMC yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi) inzibati xəta protokolu tərtib olunub.
ED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə görə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər 60 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə edilir.
İcraatda olan işə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baxılır.