Bakı Baş Səhiyyə Mərkəzinə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan (Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə görə Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək məbləğdə, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə, hüquqi şəxslər 12 000 manatdan 15 000 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.