“Aqrosert” MMC-yə idarəçilik qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələblərin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə görə İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
İş Gəncə Şəhəri Məhkəməsində hakim Elxan Əlizadənin icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 29.03.2023-cü il, saat 10:05-ə təyin edilib.