“Al Market” MMC idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu üzrə cərimə oluna bilər.
FED.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə prtotokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Rauf Daşdəmirov təyin edilib.
Qeyd edək ki, "Al Market" barəsində daha öncə həmin məcəllənin 485.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilib.