"Mahal Konstruktion"a siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı şəhər Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahov sədrliyi ilə baxılır.
Qeyd edək ki, "Mahal Konstruktion" MMC 17.06.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 manatdır. Qanuni təmsilçisi Şükran Rəhimov Fədai oğludur.
Hüquqi ünvanı Az1022, Bakı Şəhəri Nəsimi Rayonu, Ənvər Qasımzadə, ev 72, m. 10-də yerləşir.