“BMS PRO” MMC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.
FED.az istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə-
300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı şəhər Yasamal Rayon Məhkəməsində baxılır. İddia Murad Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "BMS PRO" MMC 16.06.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 120 manatdır. Qanuni təmsilçisi Vasif Əzimzadə Rasif oğludur. Hüquqi ünvanı Az1073, Bakı Şəhəri Yasamal Rayonu, Tağı Şahbazi ev 8, m 504-də yerləşir