"Azinterxpo" MMC İqtisadi Zonaların İnkişafı Agentliyini məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia alqı-satqı müqavilələrdən əmələ gələn öhdəliklər əsasında qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Günay Həşimovanın icraatındadır.