"Azerbaijan Coca-Cola Bottlers" MMC “United Logistics and Services" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia alqı-satqı müqavilələrdən əmələ gələn öhdəliklər əsasında qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Ülkər Həsənovanın icraatındadır.
Məhkəmə hazırlıq iclası 10 oktyabr 2024-cü il, saat 10:00-a təyin edilib.