“Caspian Drilling Company” MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan və valyuta tənzimi qaydalarını pozmağa görə inzibati xəta protokolu tərtib olunub
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir..
İşə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Kaspian Drilinq Kompani şirkəti, Pay Bölgüsü müqaviləsinin imzalanmasından sonra, Xəzər dənizində ilk müştərək müəssisə kimi regionda qazma əməliyyatlarını həyata keçirmək məqsədilə, 1996 ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (55%) ilə Amerika Birləşmiş Ştatlarının SantaFe/GlobalSantaFe/Transocean şirkəti (45%) arasında yaradılıb.