“Güvənli” MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan və reklam qanunvericiliyinin tələblərini pozmağa görə inzibati xəta protokolu tərtib olunub
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə görə müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, “Güvənli” MMC kredit təşkilatı 01 avqust 2020-ci il tarixindən etibarən lombard kreditləri üzrə fəaliyyətə başlayıb.