Cari ilin sentyabrın 1-nə Azərbaycan banklarının ümumi xarici aktivləri 6152,3 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 2 900,1 milyon manat və ya 32% azdır.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 9 052,4 milyon manat olub.
Aylıq müqayisədə isə 582,9 milyon manat, 8,7%-lik azalma qeydə alınıb.
Avqust ayının 1-nə olan xalis xarici aktivlər 6 735,2 milyon manat təşkil edib.