Gəncə Xalça Kombinatının idarəçilik qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə görə, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
İşə Gəncə Şəhər Məhkəməsində hakim Zaur Hüseynovun sədrliyi ilə baxılır.