Aqrar Kredit Və İnkişaf Agentliyi “Meyvəli" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddialar müqavilələrdən (lizinq) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. İddia müvafiq olaraq hakim Cahangir Yusifovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, "Meyvəli" MMC 16.05. 2008 ci ildə bir qrup işadamı tərəfindən təsis edilib.