“Ege Hospital” MMC-yə gömrük qaydaları əleyhinə olan (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İşə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baxılacaq.