Neftin ucuzlaşmasına soyuqqanlı yanaşmalıyıq, buna görə təşvişə düşməyə ehtiyac yoxdur.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.
Eləcə də bax: Azərbaycan nefti ucuzlaşıb - QİYMƏT
«Dünya bazarında neftin qiyməti müəyyən amillərdən asılı olaraq gah düşür, gah da qalxır. Buna soyuqqanlı yanaşmalıyıq. Neftin ucuzlaşmasına görə təşvişə düşməyə ehtiyac yoxdur»-deyə nazir bildirib.
Eləcə də bax: Əlavə tədbir görülməsə, neft - 50 DOLLAR ƏTRAFINDA QALACAQ
Nazir bildirib ki, 2020-ci iin dövlət büdcəsində neftin qiyməti müəyyən ediləndə bu proseslər nəzərə alınıb və ehtiyatlı qiymət nəzərdə tutulub: «Bu gün azalan qiymət sabah arta da bilər. Biz dövlət büdcəsini tərtib edəndə bu proseslərə kifayət qədər ehtiyatlı yanaşmışıq. Bu il neftin büdcə qiyməti ötən illə müqayisədə azdır. Biz artıq büdcə qaydası üzrə işlərimizi qururuq, yəni artıq daha uzunmüddətli proqnozlaşdırma əsasında işləyirik. Ən azı ortamüddətli proqnozlarımız var, 2020-ci ilin büdcəsi neftin qiymətinin kəskin şəkildə enməsində belə sığortalanıb».
Eləcə də bax: Neft bazarında yeni oyunçu - OPEK-İ DAĞITMAĞA BAŞLAYIB
Nazir bildirib ki, neftin ucuzlaşmasından asılı olmayaraq büdcəyə manatla nəzərdə tutulan transferlərin məbləği dəyişməyəcək: «Çünki büdcəyə manatla transferlər nəzərdə tutulub, onların məbləği dəyişmir. Ucuzlaşma prosesi uzun çəkdiyi halda yəqin ki, iqtisadi siyasətimizə hansısa düzəlişlər edə bilərik. Amma mən hesab etmirəm ki, hazırda tələsik addımlar atmalıyıq. Kifayət qədər valyuta ehtiyatlarımız da var, lazım gəldikdə arzuolunmaz şoklara cavab verə bilərik», - o qeyd edib.
Eləcə də bax: Azərbaycanın kimə nə qədər borcu olduğu – AÇIQLANDI – SİYAHI, MƏBLƏĞLƏR