Dünyada neftin qiymətini 50 dollardan yüksəkdə saxlamaq üçün neft ölkələri əlavə addımlar atmalı olacaqlar.
Eləcə də bax: Dünyada neft sürətlə ucuzlaşır – 50-55 DOLLARDAN AŞAĞI DÜŞDÜ
FED.az xəbər verir ki, bu barədə Britaniyanın «Wood Mackenzie» konsaltinq şirkəti bildirib.
Şirkətin şərhində deyilir ki, Çində yeni virusun tapılması, onun səbəbindən yeni il tətillərinin uzadılması və bu ölkəyə təyyarə reyslərinin kəskin azalmsı Yeni virus, onun səbəbindən səbəbindən Çində neftə tələbat 2009-cu ildən sonra ilk dəfə azalacaq.
«Neft hasilatı bundan sonra azalmasa, neftin qiyməti enmə təzyiqi altında olacaq və bir barel üçün 50 dollar ətrafında dəyişəcək. Qiymətlərin 60 dollara yüksəlməsi də ancaq bu halda mümkündür».
Qeyd edək ki, elə bu günlərdə OPEK ölkələri həmin məsələni müzakirə edirlər. Amma hasilatı azaltmaq OPEK ölkələri üçün çətin qərar olacaq, çünki virusla bağlı vəziyyəti nə qədər davam edəcəyi məlum deyil.