2019-cu ilin sonuna Azərbaycanın məcmu dövlət borcu 9 milyard 923,7 milyon dollar təşkil edir.
FED.az-ın məlumatına görə, borcun böyük hissəsi - 3,7 miyard dollar dövlət istiqrazları üzrə investorlara olan borclardır. Təqribəqn 4 milyard dollar isə Dünya Bankı və Asiya inkişaf Bankına olan borclardır.
Dövlət borcunun təqribən 91%-i xarici, 9% isə daxili mənbələrədir. Azərbaycan bu borcun böyük hissəsini qarşıdakü 10-20 il ərzində ödəməlidir.
Dövlət borcunun 75,5%-i dollarda, 7,6%-i manatda, qalan hissə isə digər valyutalardadır.