Azərbaycanda maliyyə sektoruna nəzarət məqsədilə yeni alət tətbiq edilib.
AMB xüsusi tənzimləmə rejiminin məqsədini - AÇIQLAYIB
FED.az xəbər verir ki, maliyyə bazarlarına nəzarət edən qurum – Azərbaycan Mərkəzi Bankı bu sahədə fəaliyyət göstərən bank, sığorta şirkətləri, BOKT-lar və investisiya şirkətlərinə «gizli müştəri» göndərəcək.
Mərkəzi Bank "PAŞA Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Yenilik Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin bir qədər əvvəl qəbul etdiyi «Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası»nda nəzərdə tutulub.
Qeyd edək ki, test məqsədli alış – nəzarət olunan şirkətin (bank, sığorta şirkəti və ya investisiya şirkəti) təklif etdiyi maliyyə xidmətləri və məhsulları, eləcə də müştərilərlə bazar davranışları haqqında məlumatların toplanması məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Mərkəzi Bank bu tədbir vasitəsilə həmin qurumların müştərilərə xidmət səviyyəsini qiymətləndirəcək və lazım olarsa bununla bağlı tədbir görüləcək.
Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb
Mərkəzi Bankda ölkənin əsas bank rəhbərləri ilə - GÖRÜŞ KEÇİRİLİB
Qaydaya görə, test məqsədli alışı «gizli müştəri» həyata keçirəcək. Bu şəxs banka kredit almaq və ya əmanət yerləşdirmək üçün müraciət edə, sığorta şirkətində hansısa əmlakını sığortalada və ya elektron ödəniş sistemi vasitəsilə ödəniş həyaat keçirə bilər. Qaydalara görə, «gizli müştərilər» həm AMB-nin öz əməkdaşları, həm də 3-cü şəxs ola bilər, hansı ki, həmin şəxslə AMB arasında məxfilik müqaviləsi bağlanacaq.
Test məqsədli alış maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin və ya bu sahədə yol verilən pozuntular, çatışmazlıqlar barədə mediada yayımlanmış məlumatların araşdırılması, habelə maliyyə xidmətləri (məhsulları) üzrə qanunvericilikdə dəyişiklik edilməsi zərurətinin öyrənilməsi məqsədilə aparıla bilər.
Özü də bu zaman banka və ya sığorta şirkətinəç birbaşa gətməyə ehtiyac olmayacaq, Test məqsədli alış gizli müşahidələr, telefon zəngləri, poçt və elektron poçt vasitəsilə, xidmətin (məhsulun) təqdim edildiyi yerlərə, rəsmi internet səhifəsinə və rəqəmsal platformalara daxil olmaqla həyata keçirilir.
Əgər «gizlə müştəri»yə xidmət zamanı çatışmazlıq və ya nöqsan aşkar edilsə, aşkar olunan pozuntularla bağlı tədbir görüləcək.
Belə ki, bu zaman Mərkəzi Bank «gizli müştəri» göndərilən şirkətə və ya banka 7 iş günü ərzində bu barədə elektron üsulla və ya alınmasını təsdiq edən poçt vasitəsilə bildiriş göndərilir. Bildirişdə test məqsədli alışın keçirilmə yeri, vaxtı, maliyyə xidmətinin növü, aşkar edilmiş nöqsanlar və çatışmazlıqlar göstərilir. Qarşı tərəf 3 iş günü ərzində göstərilən hallara dair izahatını və ya etirazı varsa etirazını Mərkəzi Banka təqdim edir.
Qarşı tərəfin verdiyi izahat və ya əsaslı sayılmasa Mərkəzi Bank həmin quruma aşkar olunmuş pozuntuların xarakterindən asılı olaraq icrası məcburi göstərişlər verilir və ya qanunvericilikdə nəzərdə tutulmuş digər nəzarət tədbirlər həyata keçirilir.
Bu qayda banklar, BOKT-lar, sığorta bazarının iştirakçıları, yəni sığorta şirkətləri, sığorta agentləri və brokerləri, investisiya şirkətləri, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorları, kredit büroları və sair AMB tərəfindən nəzarət edilən qurumlara aiddir.