Xüsusi tənzimləmə rejimi maliyyə institutlarına və "Fitnech" şirkətlərinə maliyyə məhsullarını və xidmətlərini məhdud zaman çərçivəsində və nəzarət altında real test rejimində sınaqdan keçirməyə şərait yaradır.
AMB "Açıq Maliyyə Konsepsiyası"nın tətbiqini planlaşdırır
FED.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib.
"Yeni məhsulun bazara daxil olması üçün tələb olunan müddətin azaldılması ilə maliyyə bazarlarında innovasiyalar və rəqabət təşviq edilir", - deyə o qeyd edib. (Report)