Mərkəzi Bankın sədri Taleh Kazımovun sığorta şirkətlərinin rəhbərləri ilə növbəti görüşü keçirilib.
FED.az xəbər verir ki, görüş zamanı cari ilin birinci rübünün nəticələri və sektorun inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə həmçinin sektorun strateji prioritet və hədəfləri, bu çərçivədə həyata keçirilən təşəbbüslər, eləcə də istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi kimi mühüm məsələlər üzrə müzakirələr aparılıb.