Bakının gecə həyatı müxtəlif zövqlərə və əhval-ruhiyyələrə uyğun məkanlarla zəngindir. Şəhərin mərkəzi küçələrində və ətraf ərazilərində yerləşən bar və klublar musiqi, əyləncə və sosial atmosfer axtaranlar üçün fərqli təcrübələr təqdim edir.
Bakının məşhur restoranlarında "business lunch" menyuları neçəyədir? – SİYAHI, ÜNVANLAR, QİYMƏTLƏR
Bakıda ən bahalı və ən ucuz dönər harda satılır? - SİYAHI, ÜNVANLAR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, paytaxtdakı klublarda - giriş qaydaları, yaş məhdudiyyətləri, dress code və canlı musiqi proqramları hər məkan üçün fərqlidir. Aşağıda paytaxtın müxtəlif növ əyləncə məkanları haqqında ətraflı məlumat təqdim edirik:
Court Baku
Ünvan: Mehdi Mehdizade str, Baku, Azerbaijan.
İş saatları: həftə içi 7 gün 11:00 – 06:00
Giriş pulsuzdur lakin otaqlar üçün 100 manat depozit tələb olunur. Dress code tələb olunmur. 20-dən çox otağı mövcuddur, karaoke, playstation və film otaqları var.
No-bar Amaro
Ünvan: Bakı, Neftçilər prospekti, 5A.
Cümə axşamı, Cümə və Şənbə günləri işləyir 20:00-03:00
Yalnız 18 yaşından böyüklər məkana daxil ola bilər. Adi günlərdə giriş sərbəstdir və pulsuzdur, lakin müxtəlif tədbilər zamanı giriş pullu olur. Bəylərə qolsuz köynəklərdə və çox qısa şortiklərdə girişə icazə verilmir. Depozit tələbi yoxdur.
The Phoenix Pub
Ünvan: Yusif Məmmədəliyev küç 22
İş saatları: həftə içi 7 gün 16:00 - 04:00
Cümə axşamı və bazar günləri canlı musiqi var. Səliqəsiz, idman geyimlərində və tərliklə giriş qadağandır. Giriş sərbəst və pulsuzdur, depozit tələb olunmur. Məkana 18 yaşdan yuxarı şəxslər qəbul olunur.
Fomo
Ünvan: Əhəd Yaqubov küç 35/2
İş saatları: həftə içi 7 gün 23:00 – 05:00
Giriş ödənişli deyil və depozit yoxdur. Aqressiv hərəkətlərə və sərxoş halda kluba daxil olmağa icazə verilmir. Yalnız 18 yaşdan yuxarı şəxslər qəbul olunur. Klubda qeyri-rəsmi üslubda rahat geyim və düz ayaqqabılar tövsiyə olunur, rəsmi geyim tərzində geyinən şəxslərin girişi məhdudlaşdırıla bilər. Qeyri-peşəkar şəkildə foto və video çəkmək mümkündür, amma flaşdan istifadə və digər qonaqları və artistləri çəkmək qəti qadağandır.
O'Malley's Irish Pub
İş saatları: həftə içi 7 gün 23:00 – 02:00
Ünvan: Hacı Zeynalabdin Tağıyev küçəsi 16/18
21 yaşdan böyük insanlara girişə icazə var. Giriş ödənişsizdir. Yeganə qayda xanımlar yalnız buraxılmır bəy də gəlməlidir. Depozit məbləği otaqlar üçün 50 manatdır.
Old Room Live Music Bar
Ünvan: Mirzə İbrahimov 5
İş saatları: həftə içi 7 gün 14:00-04:00
Giriş ödənişsizdir. 18 yaşdan böyüklər üçün giriş var, depozit yoxdur. Xüsüsi qayda yoxdur, yeganə qayda yalnız bəylərin girişidir - bəylər xanımlarla məkana daxil ola bilər. Hər gün canlı musiqi var.
Night Office Club
Ünvan: Abdulkarim Ali-Zadeh St
İş saatları: həftə içi 7 gün 22:00-06:00
Giriş xanımlara pulsuzdur, lakin bəylərdən 5 manat giriş haqqı tələb edilir. Yalnız 18 yaşdan yuxarı olan şəxslərin girişinə icazə var. Hər gecə rəqs şouları göstərilir. Depozit yoxdur.
Etud Baku
Ünvan: Islam Safarli 16, Baku, Azerbaijan AZ1005.
İş saatları: həftə içi 17:00 – 01:00, şənbə və bazar günləri isə 18:00 – 02:00.
Giriş adam başına 10 manatdır, 18 yaşından böyüklər üçün giriş icazəsi var. Face control var. Bundan başqa kluba gələrkən qadın və kişi sayı bərabərliyi qorunmalıdır, məsələn 2 nəfər bəy gəlirsə, yanında 2 xanım da olmalıdır. Depozit tələb olunmur.
Barbar
Ünvan: Yeni Bulvar, Əhməd Yaqubov 12
İş saatları: həftə içi 7 gün 23:00 – 04:00
Məkana 18 yaşdan yuxarı olan şəxslər daxil ola bilər. Giriş ödənişsiz və yalnız xanımladır, face control var. Eyni zaman da dress code tələbi var, depozit yoxdur. Başqa şərtləri yoxdur.
Mojo Club
Ünvan: Tərlan Əliyarbəyov 13 ( Fəvvarələr meydanı )
İş saatları: həftə içi 7 gün 16:00 - 06:00
Giriş 18-dən yuxarı yaşı olanlar üçündür və sərbəstdir. Hər bazar günü Serhat Coşkun və orkestrası, DJ Elçin eəcədə başqa musiqiçilərin çıxışı ilə canlı musiqi axşamları olur həmçinin xanımlara “xoş gəldin” içkiləri və qəlyan hədiyyə edilir. Giriş ödənişsizdir.
Face control var və dress code qaydaları var. Klassik ofis geyimində gələn insanlar girişdə buraxılmaya bilər .
Depozit məsələsinə gəldikdə isə 50, 100 və 200 manata masalar mövcuddur.
Face control (üz nəzarəti) - bar və klublarda mühafizəçilərin və ya girişdə duran şəxslərin kimləri içəri buraxıb-buraxmayacağına qərar vermə prosesi deməkdir. Bu seçim qonağın görünüşünə, geyiminə, davranışına və ümumi auraya əsasən edilir.
Yəni:
• Geyimin uyğunsuzdursa (idman geyimi, çox gündəlik, klassik və s.)
• Davranışın kobuddursa və ya sərxoş görünürsənsə
• Üz ifadən aqressivdirsə
• Kluba uyğun vizual imicin yoxdursa
bu halda səni içəri buraxmaya bilərlər.