Ramazan ayının başlanması ilə əlaqədar şəhərdə fəaliyyət göstərən bir çox restoranlar tərəfindən iftar menyuları hazırlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı restoranlardakı iftar menyularının qiymətini araşdırıb. Araşdırma zamanı məlum olub ki, qiymətlər 10-120 manat arası dəyişir.
Menyuya əsasən, şorba seçimləri, salat seçimləri, əsas yemək (restorandan asılı olaraq - qarnir, mal əti, quzu əti, balıq, kabab və s.) məzələr, soyuq və ya isti qəlyanaltılar, müxtəlif sərin və isti içkilər, desertlər daxildir. Bəzi restoranlarda isə limitsiz yemək – açıq bufet şəkilində təqdim olunur
Şəhərdə ən ucuz iftar menyusu İçərişəhərdə yerləşən “West inn Restoran”da təklif olunur. Şorba, salat, əsas yemək, meyvə şirəsi, çay və suyun daxil olduğu menyunun bir nəfər üçün qiyməti 10 manatdır.
Ən bahalı iftar menyusu isə “Four Seasons” hotelində fəaliyyət göstərən Zafferano restoranındadır. Restoranda şorba, məzə, əsas yemək, quru meyvə, xurma, içki və desertin daxil olduğu meny qiyməti 120 manatdır. Bu restoranda minimum 2 nəfər üçün yer etmək olur.
Ümumiyyətlə şəhərdəki restoranların böyük hissəsində iftar menyularının qiyməti əsasən 20-40 manat arasında dəyişir.
Restoranların iftar menyularının qiyməti, menyuya daxil olan qidalar və restoranların ünvaları daha ətraflı aşağıdakı cədvəldə:



























