Böyük Britaniya zəngin əcnəbilər üçün investor vizasını ləğv edir.
Eləcə də bax: London məhkəməsi 10 milyon funtu Feyziyevlər ailəsinə qaytarıb - MƏHKƏMƏ QƏRARI
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi xarici investorlara sürətləndirilmiş daimi yaşayış imkanı təklif edən “Tier 1” vizasının dərhal ləğv ediləcəyini açıqlayıb.
“Qızıl viza” olaraq da bilinən investor vizası Britaniyada 2 milyon funt sterlinq və ya daha çox sərmayə qoyanlara ailələri ilə birlikdə yaşamaq icazəsi təklif edir. Lakin bu viza növünün zəifliyi ilə bağlı narahatlıqlar səbəbindən bir müddətdir ki, yoxlamalar aparılır və hökumət korrupsioner elitanın Böyük Britaniyaya çatması üçün bir fürsət olaraq gördüyü bu vizanın qaldırılmasına qərar verib.
Artıq Böyük Britaniyada investorların məskunlaşması onların yaradacağı real iş yerləri və nəzərəçarpacaq iqtisadi təsirlərə əsaslanacaq.
İnvestor viza sistemi 2008-ci ildə Avropa İttifaqı xaricindəki varlı insanları Böyük Britaniyaya investisiya qoymağa təşviq etmək üçün başlamışdı.