«Unicapital İnvestisiya Şirkəti» ASC-nin dövriyyəsi 2 dəfə artıb.
İnvestisiya şirkətlərinin səhm ticarətinin həcminə görə renkinqi - (YANVAR-SENTABR/2023)
İnvestisiya şirkətlərinin əməliyyatların sayına görə renkinqi - (YANVAR-SENTABR/2023)
«PSG Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi azalıb - ŞİRKƏT GERİLƏYİB
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-sentyabr aylarında şirkətin birja dövriyyəsi 2 milyard 445 milyon manat təşkil edib.
2022-ci ilin eyni dövrünə nisbətən şirkətin birja dövriyyəsi 1 milyard 329 milyon manat və ya 2,2 dəfə artıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında investisiya şirkətinin birja dövriyyəsi 1 milyard milyon 116 milyon manat təşkil edib.
Şirkətin ARMB qiymətlik kağzıları üzrə əməliyyatlarının həcmi 435,7 milyon manat olub. Bu illik müqayisədə 374,2 milyon manat və ya 7,1 dəfə artım deməkdir.
Dövlət istiqrazları üzə əməliyyatlarının həcmi 159,7 milyon manat olub. Bu növ əməliyyatların həcmi son bir ildə 113,3 milyon manata yaxın (3,4 dəfə) artıb.
Korporativ istiqrazların üzə əməliyyatlarının həcmi isə 22 milyon manat (7,1% ) artaraq 332,5 milyon manat olub.
Şirkətin səhm əməliyyatları 69 dəfə azalaraq 23,8 milyon manatdan 345 min manata düşüb, repo əməliyyatları isə 2,3 dəfə artaraq 1 milyard 517,4 milyon manat təşkil edib.
Əməliyyatların sayı isə 1 058 ədəd (60,4%) artaraq 1752-dən 2 810-a yüksəlib.