«PSG Kapital İnvestisiya Şirkəti» ASC-nin dövriyyəsi 25% azalıb.
- «İnvest-Az İnvestisiya Şirkəti»nin dövriyyəsi – 5 DƏFƏ ARTIB
-
İnvestisiya şirkətlərinin səhm ticarətinin həcminə görə renkinqi - (YANVAR-SENTABR/2023)
İnvestisiya şirkətlərinin əməliyyatların sayına görə renkinqi - (YANVAR-SENTABR/2023)
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-sentyabr aylarında şirkətin birja dövriyyəsi 95,9 milyon manat təşkil edib.
2022-ci ilin eyni dövrünə nisbətən şirkətin birja dövriyyəsi 32,2 milyon manat və ya 25,2% azalıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında birja dövriyyəsi 128,1 milyon manat təşkil edib.
Şirkətin ARMB qiymətlik kağzıları üzrə əməliyyatlarının həcmi 43,6 milyon manat olub. Bu illik müqayisədə 30,9 milyon manat və ya 41,5% azalma deməkdir.
Dövlət istiqrazları üzə əməliyyatlarının həcmi 22 milyon manat olub. Bu növ əməliyyatların həcmi son bir ildə 3,4 milyon manatdan çox (13,5) azalıb.
Korporativ istiqrazların üzə əməliyyatlar isə 1,5 milyon manata yaxın (5,4% ) azalaraq 25,8 milyon manat olub.
Şirkətin səhm əməliyyatları 128 min manat (87%) artaraq 147 min manatdan 275 min manata yüksəlib, repo əməliyyatları isə 6,4 dəfə artaraq 4,1 milyon manat təşkil edib.
Əməliyyatların sayı isə 294 ədəd (38,3%) artaraq 767-dən 1 061-ə yüksəlib.