“Unicapital İnvestisiya Şirkəti” ASC-nin baş meneceri Heydər İbrahimli öz istəyi ilə vəzifəsindən azad edilib.
Bu barədə FED.az-a «Unicapital»ın təsisçisi olan «Unibank»dan bildirilib.
Eləcə də bax: «Günay Sığorta»da kadr dəyişiklikləri – TƏYİNATLAR
Verilən məlumata görə, «Unicapital» İnvestisiya Şirkəti ASC-nin Səhmdarlarının 25.01.2019-cu il tarixili qərarı ilə 01.02.2019-cu il tarixdən etibarən Nadir Babazadə Unicapital İnvestisiya Şirkətində Baş menecerin vəzifəsini müvəqqəti icra edən təyin olunub.
"Nadir Babazadə bu vəzifəyə təyin olunmazdan əvvəl Unicapital İŞ-nin Marjinal Ticarət departmanetinin müdiri vəzifəsində çalışıb. O, 2013-cü ildən Unibank komandasında çalışır"-deyə bankdan bildirilib.
Unicapital İnvestisiya Şirkətinin keçmiş baş meneceri Heydər İbrahimli öz xahişi ilə bu vəzifədən ayrılıb.
Keçmiş baş menecer isə fəaliyyətini “İnvest-Az İnvestisiya Şirkəti” QSC-də direktor müavini kimi davam etdirir.