«Günay Sığorta» şirkətində kadr dəyişiklikləri olub.
Şirkətdən FED.az-a verilən məlumata görə, şirkətin Daxili Audit şöbəsinin müdiri vəzifəsinə Rövşən Rasim oğlu Mustafayev təyin edilib.
«Günay Sığorta»nın bəzi region nümaynədəliklərində də dəyişiklik olub.
Belə ki, Xaçmaz nümayəndəliyinə rəhbərlik edən Əhliman Heydərovu Əmrulla Xankişiyev, Sumqayıt nümayəndəliyinin rəhbəri İlqar Bayramzadəni müvəqqəti olaraq Ramin İsmayılov, Masallı nümayəndəliyinə rəhbərlik edən Fərid Hafiszadəni isə Elvin Abuşov əvəz edib.
«Günay Sığorta»da kadr dəyişiklikləri – TƏYİNATLAR
17:59
10 Aprel 2019