Xarici investorlar Azərbaycanın kapital bazarına daxil olmaqda sərbəstdirlər.
Milli Depozit Mərkəzi Qazaxıstanın Mərkəzi Depozitarı ilə danışıqlar aparır
FED.az xəbər verir ki, bunu AMB-nin Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova Milli Depozit Mərkəzinin "E-vote" sistemi ilə bağlı brifinqində bildirib.
O qeyd edib ki, "Xarici investorlar Azərbaycanın kapital bazarında investisiya etməkdə sərbəstdirlər. Kapital bazarımızda biz alətlər yaradırıq ki, Kapital bazarının cəlbediciliyi birazda artsın. Yəni xarici investorlardan tərəfindən mən əminəm ki, qiymətli kağızlara maraq da var. Sadəcə olaraq məqsəd odur ki, kapital bazarı təkmilləşdirilsin və xarici investorların kapital bazarına marağı artsın. Hazırda bu istiqamətdə hansısa maneələr və s. yoxdur."