Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) Qazaxıstanın Mərkəzi Depozitarı (KCSD) ilə qarşılıqlı əlaqələrin qurulması istiqamətində danışıqlar aparır.
Azərbaycanın investisiya şirkəti ilk dəfə Türkiyənin dövlət istiqrazlarını alıb
FED.az xəbər verir ki, bu barədə MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev qurumun “E-Vote” sisteminin tətbiqi ilə bağlı brifinqdə deyib.
O qeyd edib ki, MDM bir neçə ölkəyə əməkdaşlıqla bağlı sorğular göndərib. Lakin bu məsələ bazarların bir-birinə marağından asılıdır. Hazırda MDM-in Gürcüstan və Ukrayna ilə aktiv əməkdaşlıq əlaqələri mövcuddur. (Azərtac)