Səudiyyə Ərəbistanı, Məkkə və Mədinədə daşınmaz əmlaka sahib olan səhmdar şirkətlərə xarici investorların sərmayə qoymasına icazə verəcəyini açıqlayıb. Bu qərar, dini şəhərlərdəki layihələrə likvidliyi artırmaq və qlobal sərmayələri cəlb etmək məqsədi daşıyır.
Bu ölkə ABŞ-a 600 milyard dollar sərmayə yatırmağı planlaşdırır
FED.az xəbər verir ki, Kapital Bazarı Təşkilatının (CMA) verdiyi məlumata görə, xarici investorlar yalnız səhmlər və ya çevrilə bilən borc alətlərinə sərmayə qoya biləcəklər. Bununla belə, strateji xarici investorlar istisna olunur və əcnəbilərin bu şirkətlərdəki payı 49%-dən çox ola bilməz.
Məkkə və Mədinə Səudiyyə Ərəbistanının iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malikdir. Bu şəhərlər hər il Həcc və Ümrə ziyarətləri üçün milyonlarla müsəlmanı qəbul edir. 2019-cu ildə ziyarətlərdən təxminən 12 milyard dollar gəlir əldə edən krallıq, Vision 2030 proqramı çərçivəsində bu rəqəmi ildə 30 milyon zəvvar səviyyəsinə çatdırmağı hədəfləyir.