Serbiyadan Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmində kəskin artım qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cari ilin yanvar-sentyabr aylarında bu ölkədən 6 milyon 187 min dollar investisiya yatırılıb. Bu göstərici ötən illə müqayisədə 28,3 dəfə və ya 5 milyon 969 min dollar çoxdur.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Serbiyadan ölkəmizə cəmi 219 min dollar investisiya yatırılmışdı.











