"Finka" Qarabağın bərpasında iştirak edəcək şirkətlərə investisiya yatırmaq istəyir.
Eləcə də bax: “FINCA Azerbaijan” 3 milyon manat cəlb edir - BORCVERƏNƏ İLLİK 12,5% ÖDƏNİLƏCƏK
Bunu "FED.az"a açıqlamasında "FINCA AZƏRBAYCAN” QBKT MMC-nin idarə heyyətinin sədri Timothy Tarrant deyib. O bildirib ki, uzun illər sərhəd boyu zonalarda çalışıblar. Ona görə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək şirkətlərə dəstək olmaq istəyir: " Bu, yaxın gələcəkdə reallaşdırılacaq. Lakin unutmaq olmaz ki, hər şey müştərilərin tələblərindən də asılıdır".