13 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı MMC-nin ümumi dəyəri 3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 27 dekabr 2021-ci il tarixində "FİNCA AZƏRBAYCAN" QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 3000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 12,5%, tədavül müddəti 2 il, kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.