"Azfinance İnvestisiya Şirkəti" ASC 2020-ci ili 313 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: “ABB-İnvest İnvestisiya Şirkəti” nizamnamə kapitalını - Kəskin Artırır
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 19,9% çoxdur.
Ötən il " Azfinance"ın vergiyəqədərki mənfəəti 468 min manat (əvvəlki illə müqayisədə 28,9% çox), mənfəət vergisi ödəmələri isə 155 min manat (52% çox) təşkil edib.
Bu il yanvarın 1-nə " Azfinance"ın aktivləri 2,45 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,5% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 42,4% azalaraq 223 min manata düşüb, balans kapitalı isə 16,4% artaraq 2,227 milyon manata çatıb.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmləri 100% Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.