“ABB-İnvest İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 2,7 milyon manat və yaxud 10 dəfə artıraraq 300 min manatdan 3 milyon manata çatdırmağı planlaşdırır.
Eləcə də bax: Mən niyə bitkoin və kriptovalyuta almadım? - ANALİZ
FED.az xəbər verir ki, bu barədə maliyyə qurumunun direktoru Nadir Babazadə məlumat verib.
Onun sözlərinə görə, kapital artımı “ABB-İnvest”in dövriyyədə olan 300 ədəd səhminin nominal dəyərinin 1 000 manatdan 10 000 manata çatdırılması hesabına baş tutacaq.
“Rəhbərlik etdiyim investisiya şirkəti beynəlxalq tərəfdaşlara malik olmaq istəyir. Bu baxımdan nizamnamə kapitalının çox olması “ABB-İnvest”in ciddi maliyyə qurumu hesab edilməsi üçün çox vacibdir. Bundan başqa, bizim bir sıra planlarımız var və ona uyğun xərclərimiz gözlənilir ki, bu da kapitalın artırılmasını şərtləndirir”, - deyə N.Babazadə qeyd edib.
Direktor həmçinin bildirib ki, investisiya şirkətinin 2020-ci ilin cəmi bir neçə ayı ərzində fəaliyyəti olsa da, ötən ilin maliyyə yekunları ilə bağlı hesabat təqdim edəcək: “Hazırda maliyyə hesabatımız üzərində iş gedir”.
Xatırladaq ki, “ABB-İnvest”i ötən ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb, investisiya şirkəti oktyabr ayında Azərbaycan Mərkəzi Bankından lisenziya alıb. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.