"Bu günə qədər ölkədə Qazaxıstan kapitalının iştirakı ilə 250-yə yaxın kommersiya qurumu qeydiyyata alınıb ki, bu da investisiya iqliminə yüksək etimad səviyyəsini təsdiqləyir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır".
Qazaxıstandan Azərbaycana investisiyalar 4 dəfə artıb
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Kazinform"a müsahibəsində bildirib.
"Qazaxıstanın Azərbaycanla münasibətləri qardaşlıq və etimad nümunəsidir" - MÜSAHİBƏ - TAM MƏTN
Prezident bildirib ki, müsbət dinamika ticarətdə də özünü göstərir. Belə ki, 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 470 milyon dollar təşkil edib, 2025-ci ilin yanvar-avqust ayları ərzində isə 547 milyon dollara çatıb ki, bu da əvvəlki ilin analoji dövrünün göstəricilərini üç dəfədən çox üstələyir. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə və nəqliyyat-logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə əlaqədardır.
Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı da möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 225 milyon dollara çatıb, Qazaxıstanın Azərbaycana yatırdığı investisiyalar isə 136 milyon dollar təşkil edib. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlıq və davamlı inkişafda qarşılıqlı marağını göstərir", - Prezident İlham Əliyev qeyd edib.