2025-ci ilin ilk rübündə Azərbaycana Qazaxıstandan 5 milyon 871 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 365 min ABŞ dolları və ya 3,9 dəfə artıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Qazaxıstandan yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1 milyon 506 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa investisiyalarda Qazaxıstanın payı 0,4% təşkil edib. 2024-cü ildə isə bu göstərici 0,1% idi.