2025-ci ilin ilk rübündə Azərbaycana Almaniyadan 4 milyon 361 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 652 min ABŞ dolları və ya 61,0% artıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Almaniyadan yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2 milyon 709 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa investisiyalarda Almaniyanın payı 0,3% təşkil edib. 2024-cü ildə isə bu göstərici 0,2% idi.