«ABB İnvest İnvestisiya Şirkəti»nin dövriyyəsi 3% ARTIB.
FED.az xəbər verir ki, 2022-ci ilin yanvar-iyul aylarında şirkətin birja dövriyyəsi 1 milyard 959 milyon 959,5 min manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 3,2% artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 193,8 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 348,7 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 182,3 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 235 milyon manat, səhmləri isə 5 min 500 manat olub.
Cari ildə il «ABB İnvest İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 2,9 dəfə azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 2,2 dəfə, repo əməliyyatları isə 31,7% artıb, korporativ istiqrazlar üzrə əməliyyatlar 25,8%, səhm əməliyyatları 80%-dən çox (5,1 dəfə) azalıb.
Bu il «ABB İnvest İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 4% (28) azalaraq 694-dən 722-yə yüksəlib.