Azərbaycanın investisiya xidmətləri bazarında fəaliyyət göstərən şirkətlərin auditor seçimləri 2023 və 2024-cü illərdə bəzi dəyişikliklərlə yanaşı, ciddi sabitlik də nümayiş etdirib.
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə renkinqi - (YANVAR-MAY/2025)
FED.az xəbər verir ki, auditor şirkətləri arasında ən fəal və müştəri baxımından üstün mövqe qazanan «Baker Tilly Azerbaijan» şirkəti olub.
Unicapital investisiya şirkəti hər iki il eyni auditorla – Baker Tilly Azerbaijan ilə əməkdaşlıq edib. Bu, şirkətin audit tərəfdaşını dəyişmədən yoluna davam etməyə üstünlük verdiyini göstərir.
PAŞA Kapital investisiya şirkəti də heç bir dəyişiklik etməyərək, həm 2023, həm də 2024-cü ildə audit xidməti üçün beynəlxalq nüfuza malik Ernst & Young şirkəti ilə çalışıb.
İnvestisiya xidmətləri sektorunun aparıcı nümayəndəsi olan «INVEST-AZ» şirkəti də sabit auditor seçimi ilə diqqət çəkir. Şirkət hər iki il Baltik Kaspian Audit MMC ilə çalışaraq əməkdaşlığı qoruyub saxlayıb.
CFİ Financial investisiya şirkəti də auditorunu dəyişməyənlər sırasındadır. Son iki ildə şirkət auditini Baker Tilly Azerbaijan-a etibar edib.
«Xalq Kapital» İnvestisiya şirkəti isə «TNM Audit» MMC ilə ardıcıl iki il əməkdaşlıq edib.
«PSG-Kapital investisiya şirkəti» isə tərəfdaşını dəyişib. 2023-cü ildə Nexia EA QSC ilə əməkdaşlıq edən şirkət, 2024-cü ildə «Baker Tilly Azerbaijan»la müqavilə bağlayıb. Bu dəyişiklik Nexia üçün müştəri itkisi, Baker Tilly üçün isə əksinə yeni müştəri qazanmaq deməkdir.
Ən maraqlı dəyişikliklərdən biri Assist Finance investisiya şirkətində baş verib. 2023-cü ildə RSM Azerbaijan audit şirkəti ilə işləyən şirkət, 2024-cü ildə yolunu sərbəst auditor Davud Məmmədovla davam etdirməyə qərar verib. Bu dəyişiklik RSM üçün müştəri itkisi sayılır.
ABB-İnvest şirkəti sabit auditor seçimi ilə diqqət çəkir. İki il dalbadal Baker Tilly Azerbaijan bu şirkətin auditini həyata keçirib.
MFX Trading investisiya şirkəti isə sərbəst auditor dəyişdirən nadir şirkətlərdəndir. 2023-cü ildə Pənəhov Novruz, 2024-cü ildə isə Elnur İbrahimov bu şirkətin auditini aparıb. Burada iri audit şirkətləri ilə deyil, eyni zamanda, fərdi auditorlarla işləməyə üstünlük verilməsi müşahidə olunur.
«CPM-İnvest» şirkəti «Caspian Consulting and Partners» MMC ilə əməkdaşlığını hər iki il qoruyub saxlayıb. Auditor dəyişmədiyindən, bu da sabit bazar münasibətinə nümunədir.
«Capital Partners» investisiya şirkəti də «Grow Audit and Consulting» QSC ilə həm 2023, həm də 2024-cü ildə əməkdaşlıq edib.
Troni investisiya şirkəti isə ardıcıl 2 ildir ki, TİD Consulting ilə əməkdaşlıq edib.
Nəticə etibarilə, 2024-cü ildə investisiya şirkətləri arasında ən çox müştəriyə sahib olan audit şirkəti Baker Tilly Azerbaijan olub. Şirkət il ərzində yeni müştəri qazanaraq 12 şirkət arasında müştərilərin sayını beşə çatdırıb və əvvəlki müştərilərini də qoruyub saxlayıb. Nexia EA QSC və RSM Azerbaijan müştəri itkisi yaşayan auditorlar sırasındadır. Davud Məmmədov və Elnur İbrahimov kimi sərbəst auditorlar isə bazara yeni daxil olmuş və ya yeni müştəri qazanmış auditorlar kimi önə çıxıblar.
Daha ətraflı aşağıdakı cədvəldə:
İnvestisiya şirkətləri |
2023-cü il |
2024 |
|
1 |
Unicapital investisiya şirkəti ASC |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
2 |
PAŞA Kapital investisiya şirkəti QSC |
Ernst & Young |
Ernst & Young |
3 |
INVEST-AZ investisiya şirkəti QSC |
Baltik Kaspian Audit MMC |
Baltik Kaspian Audit MMC |
4 |
PSG-Kapital investisiya şirkəti ASC |
Nexia EA QSC |
Baker Tilly Azerbaijan |
5 |
CFİ Financial İnvestisiya Şirkəti QSC |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
6 |
Xalq Kapital investisiya şirkəti QSC |
TNM Audit MMC |
TNM Audit MMC |
7 |
Assist Finance İnvestisiya şirkəti ASC |
RSM Azerbaijan |
Sərbəst auditor Davud Mamedov |
8 |
ABB-İnvest investisiya şirkəti QSC |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
9 |
MFX Trading İnvestisiya Şirkəti ASC |
Sərbəst auditor Pənəhov Novruz |
Sərbəst auditor Elnur İbrahimov |
10 |
CPM-İnvest İnvestisiya Şirkəti ASC |
Caspian Consulting and Partners MMC |
Caspian Consulting and Partners MMC |
11 |
Capital Partners İnvestisiya Şirkəti QSC |
Grow Audit and Consulting QSC |
Grow Audit and Consulting QSC |
12 |
Troni İnvestisiya Şirkəti QSC |
TİD Consulting |
TİD Consulting |