Azərbaycanda auditor şirkətləri üçün ən sərfəli bazar olan bankların auditi sektorunda rəqabət güclənməkdədir.
İnvestisiya şirkətlərinin illik auditini kim aparır? – ŞİRKƏTLƏR, SİYAHI (2023-2024)
FED.az-ın araşdırması göstərir ki, 2023 və 2024-cü illərdə bankların əksəriyyəti bu məsələdə sabitliyə üstünlük verir - auditorlarını dəyişmədən əvvəlki ilə əməkdaşlığı davam etdiriblər. Eyni zamanda, bir neçə bank auditor xidmətlərini yeniləməyi və fərqli şirkətlərlə işləməyi üstün tutub.
Ölkədəki 22 bankdan 11-i «Böyük dörd»lüyə daxil olan audit şirkətləri ilə işləməyə üstünlük verir. 2023-cü ilin nəticələri ilə müqayisədə bu üstünlük sayıla bilər – əvvəlki ilə «Böyük dördlük»lə yalnız 9 bank işləyirdi. Bu il isə «Xalq Bank» və «Yelo Bank» da «Dörd»lüyə qoşulub.
Bunların arasında ən aktivləri «Ernst & Young Holdings (CIS) B.V.» - 4 bank, «KPMG Audit Azerbaijan LLC» - 4 bank, «PWC AZERBAIJAN» - 2 bank və «Deloitte & Touche LLAC»- 1 bankdır.
2024-cü ildə ən çox bankla əməkdaşlıq edən auditor şirkəti «Baker Tilly Azerbaijan» olub – 7 bank. Əvvəlki ilə nisbətən 1 müştərisini itirsə də, «Baker Tilly Azerbaijan» hazırda ən çox bankı yoxlayan audit şirkətidir.
Bu siyahıya «AFB Bank», «VTB Bank», «Rabitəbank», «Bank of Baku», «Bank BTB», «Premium Bank» və «TuranBank» daxil olub.
Qeyd etmək lazımdır ki, bu il «TuranBank» əvvəlki auditoru “Nexia EA”dan imtina edərək “Baker Tilly Azerbaijan” ilə əməkdaşlığa başlayıb.
Əvəzində «Yelo Bank» bankı «Baker Tilly»-dən imtina edərək «KPMG Audit Azerbaijan»-a, «Bank Avrasiya» isə «Baker Tilly»-dən imtina edərək «RSM Azerbaijan»a keçiblər.
Beynəlxalq təcrübəyə malik “Ernst & Young Holdings (CIS) B.V.” şirkəti də Azərbaycan bank sektorunda tanınmış auditor kimi çıxış edir. Azərbaycanın banrk sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankı, eləcə də banrk sektorunun aparıcı nümaynədələri olan «Kapital Bank» və «Paşa Bank» da 2023 və 2024-cü illərdə bu auditorla əməkdaşlığını davam etdirib.
2024-cü ildə Yapı Kredi Azərbaycan bankı da auditor dəyişikliyi edərək PWC-dən “Ernst & Young”a keçib. Bu keçidlə birlikdə «EY» ilə əməkdaşlıq edən bankların sayı dördə yüksəlib və şirkət sektor daxilində mövqeyini daha da gücləndirib.
2024-cü ildə auditorunu dəyişən banklar arasında «XalqBank» da yer alır. Bank «Baltic Caspian Audit»dən ayrılaraq KPMG Audit Azerbaijan ilə əməkdaşlığa başlayıb.
Bank sektorunda baş verən bu dəyişikliklər, həm rəqabətin artdığını, həm də bankların daha geniş beynəlxalq təcrübəyə malik partnyorlarla işləməyə maraqlı olduqlarını göstərir.
Ölkədə fəaliyyət göstərən digər iri auditor şirkətləri də bank sektorunda güclü mövqeyə malikdir.
Bu il «KPMG Audit Azerbaijan» bank portfelini genişləndirib. Şirkət 2023-cü ildə iki bankla – «Unibank» və «Expressbank» ilə çalışırdısa, 2024-cü ildə bu say 4-ə yüksəlib, şirkət «XalqBank» və «Yelo Bankla» da əməkdaşlığa başlayıb.
«PWC Azerbaijan» isə «AccessBank» və «Bank Respublika» ilə 2023 və 2024-cü illərdə əməkdaşlığı davam etdirib.
“Grant Thornton Azerbaijan” və “Deloitte & Touche” kimi şirkətlər isə əsasən mövcud tərəfdaşlarla əməkdaşlığı davam etdirərək bazarda sabit iştirakçı olaraq qalırlar.
Daha detallı banklar və uditorlar haqqında aşağıdakı cədvəldə :
№ |
Bank |
2023 |
2024 |
1 |
Azərbaycan Beynəlxalq Bankı ABB |
Ernst & Young Holdings (CIS) B.V. |
Ernst & Young Holdings (CIS) B.V. |
2 |
Azər‐Türk Bank |
Deloitte & Touche LLAC |
Deloitte & Touche LLAC |
3 |
AccessBank |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
4 |
AFB Bank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
5 |
Azərbaycan Sənaye Bankı |
Grant Thornton Azerbaijan |
Grant Thornton Azerbaijan |
6 |
Bank Respublika |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
7 |
Kapital Bank |
Ernst & Young Holdings (CIS) B.V. |
Ernst & Young Holdings (CIS) B.V. |
8 |
Paşa Bank |
Ernst & Young Holdings (CIS) B.V. |
Ernst & Young Holdings (CIS) B.V. |
9 |
Unibank |
KPMG Audit Azerbaijan LLC |
KPMG Audit Azerbaijan LLC |
10 |
VTB bank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
11 |
XalqBank |
Baltic Capian Audit LLC |
KPMG Audit Azerbaijan LLC |
12 |
Yelo Bank |
Baker Tilly Azerbaijan |
KPMG Audit Azerbaijan LLC |
13 |
Ziraat Bank |
Grant Thornton Azerbaijan |
Grant Thornton Azerbaijan |
14 |
Bank Avrasiya |
Baker Tilly Azerbaijan |
RSM Azerbaijan |
15 |
Yapı Kredi Azərbaycan |
PWC AZERBAIJAN |
Ernst & Young Holdings (CIS) B.V. |
16 |
Rabitəbank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
17 |
Expressbank |
KPMG Audit Azerbaijan LLC |
KPMG Audit Azerbaijan LLC |
18 |
Bank of Baku |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
19 |
Bank BTB |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
20 |
Premium Bank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
21 |
Turan Bank |
Nexia EA |
Baker Tilly Azerbaijan |
22 |
Bank Melli İran |
Nexia EA |
Nexia EA |