«İnvest-Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 4 dəfəyədək artıb.
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-avqust aylarında şirkətin birja dövriyyəsi 188 milyon 469 min 125 manat təşkil edib.
2022-ci ilin eyni dövrünə nisbətən şirkətin birja dövriyyəsi 138 milyon 848 min 359 manat və ya 3,8 dəfə artıb.
Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında 49 milyon 620 min 766 manat təşkil edib.